Menu

Webfont (yeni)

Ümumiyyətlə, webfontları web səhifələrdə necə istifadə olunmasını izah edən link buradadır.(ingiliscə)

Indi isə keçək əsas maraqlı məsələyə.

Google Fontsa alternativ olaraq öz saytımızdakı fontları webfonts kimi istifadə etmək fikri gözəl olsa da hüquqi cəhətdən mümkün deyil. 3 gün əvvələ kimi mənə aydın idi ki, Google Fonts'da "ə" hərfi nəzər-diqqətdən çıxıb, yoxdu. Və yenə də elə bilirdim ki, "ə" hərfi unikaldır. Ta ki, təsadüfən diqqət etdiyim maraqlı bir incəlik qarşıma çıxanadək.

Sən demə Latın "Ə" hərfindən əlavə kiril "Ә" hərfi də varmış. Doğrusu bunu bilirdim. Amma ağlıma gəlməzdi ki, fontda kiril "ə" ola-ola latın "ə" olmasın. Bu hələ nədir ki? Məni ən çox təəcübləndirən üçüncü "ǝ" hərfini "kəşf" etməyim oldu. Sən demə bu üçüncü kəşf etdiyim tərs "Ǝ" imiş. Düzdür, hər nə qədər ə yerinə tərs e istifadə etməyin tərəfdarı olmasam da, hazırkı ə krizisi dövründə mətnlərdə istifadə etmək olar. Bunun üçün sadəcə mətni sayta yükləməmişdən əvvəl latın "ə" hərflərini analoqlarına "Find+Replace" etmək lazımdır.

Aşağıda cədvəl hazırlamışam. Gördüyünüz kimi, Google-un heç bir fontunda kiçik latın "ə" hərfi yoxdur (ikinci sütun), amma əvəzində analoqları var. Burada:
0 - hərf fontda yoxdur;
1 - hərf var, amma fonta bənzəmir;
2 - hərf var, fonta az bənzəyir;
3 - hərf var, fonta çox bənzəyir;

ilə dərəcələndirmişəm. Sizə uyğun olan fontu seçin, sonra baxın ki, mətnin "ə" hərflərini hansı analoqlara dəyişdirib saytda istifadə edə bilərsiniz.

Font adlarının üzərinə tıqlasanız Sizi Google Fontsa götürəcək.

Sizə uğurlar! Suallarınız olarsa facebook səhifəyə yazın.

NameLatin
Capital
Letter
Schwa
Latin
Small
Letter
Schwa
Cyrillic
Capital
Letter
Schwa
Cyrillic
Small
Letter
Schwa
Latin
Small
Letter
Turned
E
Turkish
Latın
"Ə"
U+018F
Ə
Latın
"ə"
U+0259
ə
Kiril
"Ә"
U+04D8
Ә
Kiril
"ә"
U+04D9
ә
Tərs
"e" (ǝ)
U+01DD
ǝ
şçöüğı
SerifRoboto Slab102213
Lora200023
Merriweather303313
PT Serif203323
Alegreya100023
Libre Baskerville200023
Caudex300013
Noto Serif202223
EB Garamond202223
Radley200023
Noticia Text200013
Domine200013
Gentium Book100033
Judson300033
Cardo200023
Tinos303333
Oranienbaum101223
Sans-serifOpen Sans, cond.103313
Roboto, cond.303313
Source Sans, Code300013
Francois One300013
Raleway300013
PT Sans, Cap., Narw.103313
Ubuntu, Cond.303333
Arimo303333
News Cycle300033
Noto Sans303333
Play103313
Fira Sans103313
Istok Web303332
Andika303333
Cantora One300013
Didact Gothic303333
Jura101113
DisplayLobster300013
Comfortaa103313
Forum103313
Life Savers300013
Milonga300013
New Rocker300013
Ranchers300013
Chonburi300013
HandwritingKaushan Script300013
Petit Formal Script300013
Itim300013
Caveat300013
MonospaceSource Code Pro300013
Roboto Mono103313
Ubuntu Mono303333
PT Mono103313
Cousine303333
Fira Mono103313
Baxış sayı: 1542

Space

       

luget.info