Menu

Webfont

Google Fonts istifadə edərək azərbaycanca yaza bilmək

İllərdir Google Fontsu bütün dünya yeyib istifadə edir, bizə (azərbaycanlı vebdizaynerlərə) isə ancaq baxmaq qalırdı. Problemi hər kəs bilir: kiçik ə hərfi fontlarda yoxdur. Daha doğrusu elə bilirdik. Ta ki, Tural Əlisoyun #GDAZ-dakı postunu oxuyana qədər. Anladım ki, əslində "ə" hərfini ehtiva edən onlarla sayda font varmış, xəbərim yox. O saat, tez bir HTML-də mətn yazıb fontların birini yoxladım, alınmadı. Gözlərimə inanmıram, Google-un saytında yoxlayıram "ə" hərfi var, amma mən kodda yoxlayıram çıxmır. Təbii ki, "subset" olaraq "latin-ext" seçirəm ki, latın hərflərinin hamısını göstərsin.. Böyük "Ə" hərfi göstərir, amma kiçik "ə" yoxdur ki, yoxdur. Problemin nədə olduğunu araşdırıb tapdım (çünki, tibbdə də belədir, gərək əvvəl xəstəliyin diaqnozunu qoyasan ki, müalicə də edə biləsən). Deməli, bizim "ə" heç bir Latin-Extended (A, B, C, D) siyahısında yox imiş. IPA extension deyilən cədvəldə imiş (buna da şükür). Di gəl ki, Google hələ "IPA" subset çıxarmadığı üçün ə hərfini istifadə etməyin başqa bir yolunu tapmalıydım və tapdım.

Ümumiyyətlə, webfontları web səhifələrdə necə istifadə olunmasını izah edən link buradadır.(ingiliscə)

İstifadə etmək istədiyimiz fontun CSS linkində fontun adından dərhal sonra altdakı mətni kopyalayıb yapışdırırsınız:



Misal üçün, Roboto Condensed fontunu istifadə etmək istəyirsinizsə Google Sizə belə bir link təklif edəcək:

<link href="https://fonts.googleapis.com/css?family=Roboto+Condensed" rel="stylesheet">

Siz isə həmin linki öz saytınıza bu şəkildə yerləşdirməlisiniz:

<link href="https://fonts.googleapis.com/css?family=Roboto+Condensed&text=%21%22%23%24%25%26%27%28%29%30+,-./0123456789:;%3C=%3E%3F@ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ[\]^_`%E2%82%AC„‘’“”™©®°µ±÷abcdefghijklmnopqrstuvwxyz{|}~%C3%9C%C3%96%C4%9E%C4%B0%C6%8F%C3%87%C5%9E%C3%BC%C3%B6%C4%9F%C4%B1%C9%99%C3%A7%C5%9F" rel="stylesheet">

Aşağıda font qrupların siyahısı var, adlarının üzərinə tıqlasanız Sizi Google Fontsa götürəcək.

Serif

Sans

Display

Handwriting

Monospaced

Google Fonts ilə azərbaycanca mətnləri saytlarda başqa necə yazmaq olar?

Ümumiyyətlə, webfontlarını web səhifələrdə necə istifadə olunmasını izah edən link buradadır.(ingiliscə)

Indi isə keçək əsas maraqlı məsələyə.

Öz saytımızdakı fontları webfonts kimi istifadə etmək fikri gözəl olsa da hüquqi cəhətdən mümkün deyil. 3 gün əvvələ kimi mənə aydın idi ki, Google Fonts'da "ə" hərfi nəzər-diqqətdən çıxıb. Və yenə də elə bilirdim ki, "ə" hərfi unikaldır. Ta ki, təsadüfən diqqət etdiyim maraqlı bir incəlik qarşıma çıxanadək.

Sən demə Latın "Ə" hərfindən əlavə kiril "Ә" hərfi də varmış. Doğrusu bunu bilirdim. Amma ağlıma gəlməzdi ki, fontda kiril "ə" ola-ola latın "ə" olmasın. Bu hələ nədir ki? Məni ən çox təəcübləndirən üçüncü "ǝ" hərfini "kəşf" etməyim oldu. Sən demə bu üçüncü kəşf etdiyim tərs "Ǝ" imiş. Düzdür, hər nə qədər ə yerinə tərs e istifadə etməyin tərəfdarı olmasam da, hazırkı ə krizisi dövründə mətnlərdə istifadə etmək olar. Bunun üçün sadəcə mətni site-a yükləməmişdəm əvvəl latın "ə" hərflərini analoqlarına "Find+Replace" etmək lazımdır.

Aşağıda cədvəl hazırlamışam. Gördüyünüz kimi, Google-un heç bir fontunda kiçik latın "ə" hərfi yoxdur, amma əvəzində analoqları var. Burada:
0 - hərf fontda yoxdur;
1 - hərf var, amma fonta bənzəmir;
2 - hərf var, fonta az bənzəyir;
3 - hərf var, fonta çox bənzəyir;

ilə dərəcələndirmişəm. Sizə uyğun olan fontu seçin, sonra baxın ki, mətnin "ə" hərflərini hansı analoqlara dəyişdirib saytda istifadə edə bilərsiniz.

Font adlarının üzərinə tıqlasanız Sizi Google Fontsa götürəcək.

Sizə uğurlar! Suallarınız olarsa facebook səhifəyə yazın.

NameLatin
Capital
Letter
Schwa
Latin
Small
Letter
Schwa
Cyrillic
Capital
Letter
Schwa
Cyrillic
Small
Letter
Schwa
Latin
Small
Letter
Turned
E
Turkish
Latın
"Ə"
U+018F
&#399;
Latın
"ə"
U+0259
&#601;
Kiril
"Ә"
U+04D8
&#1240;
Kiril
"ә"
U+04D9
&#1241;
Tərs
"e" (ǝ)
U+01DD
&#477;
şçöüğı
SerifRoboto Slab102213
Lora200023
Merriweather303313
PT Serif203323
Alegreya100023
Libre Baskerville200023
Caudex300013
Noto Serif202223
EB Garamond202223
Radley200023
Noticia Text200013
Domine200013
Gentium Book100033
Judson300033
Cardo200023
Tinos303333
Oranienbaum101223
Sans-serifOpen Sans, cond.103313
Roboto, cond.303313
Source Sans, Code300013
Francois One300013
Raleway300013
PT Sans, Cap., Narw.103313
Ubuntu, Cond.303333
Arimo303333
News Cycle300033
Noto Sans303333
Play103313
Fira Sans103313
Istok Web303332
Andika303333
Cantora One300013
Didact Gothic303333
Jura101113
DisplayLobster300013
Comfortaa103313
Forum103313
Life Savers300013
Milonga300013
New Rocker300013
Ranchers300013
Chonburi300013
HandwritingKaushan Script300013
Petit Formal Script300013
Itim300013
Caveat300013
MonospaceSource Code Pro300013
Roboto Mono103313
Ubuntu Mono303333
PT Mono103313
Cousine303333
Fira Mono103313

milli.net Space

Netty.az

Netty 2017 Nominant

luget.info

luget.info